İDEYALARI ZİRVƏYƏ DAŞIYIRIQ!
Biz kimik?
BERC İnkubasiya və Akselerasiya Mərkəzi həm ənənəvi, həm də innovativ startap bizneslərin qurulması və inkişaf etdirilməsi üçün həll yolları təqdim edir, dəstək olur və ya birgə inkişaf məqsədilə partnyorluqlar təklif edir.
Bu mərkəz ənənəvi bizneslərə xidmət göstərən Biznes İnkişaf Mərkəzini və startaplara yönəlmiş Startap Quruculuq xidmətlərini özündə birləşdirir.
Nə edirik ?
Biznesin idarə edilməsində və davamlı mənfəətliliyin təmin edilməsində

Müxtəlif səbəblərdən çətinlik çəkənlərə

Biznesini genişləndirmək istəyənlərə

Yeni biznes qurmaq istəyənlərə
Biznesin idarə edilməsində və davamlı Biznes və maliyyə idarə edilməsinin bütün halqalarını özündə əks etdirən BERC BMS-in (Business Management System) tətbiqi vasitəsilə həll yolları təqdim edir, dəstək olur və ya partnyorluq təklif edir.
Xidmət istiqamətləri
BERC İNKUBASİYA VƏ AKSELERASİYA MƏRKƏZİ 3
İSTİQAMƏTDƏ FƏALİYYƏTLƏRİ BİRLƏŞDİRİR.
Biznes İnkişaf Mərkəzi
Biznes İnkişaf Mərkəzi ənənəvi sahələrdə biznesi olan və onu daha da inkişaf etdirmək istəyənlər, eyni zamanda yeni biznes qurmaq arzusunda olanlar üçün ideal mərkəzdir.
Burada ənənəvi bizneslərə həm inkubasiya öncəsi xidmətlər, həm inkubasiya və akselerasiya xidmətləri, həm də biznes inkişafının sonrakı mərhələlərində idarəetmə və birgə əməkdaşlıq (ortaqlıq) proqramları təqdim olunur.
Startap Quruculuq xidmətləri

İdeya kəşfi

İnkubasiya

Akselerasiya

Startap Dəstək faəliyyətləri
Daxildə maliyyələşmə partnyoru

Honey Bee Development Capital inkişaf etməkdə olan bazarlarda, xüsusən də Azərbaycanda, dayanıqlı iqtisadi transformasiyanı sürətləndirmək məqsədilə təsis edilmiş investisiya şirkətidir.

Platforma vizioner sahibkarlarla tərəfdaşlıq quraraq onlara hədəfyönlü maliyyə, sektor üzrə dərin ixtisaslaşma və fərdiləşdirilmiş əməliyyat konsaltinqi təqdim edir.

Ənənəvi kapital yatırımlarını hərtərəfli idarəetmə dəstəyi ilə birləşdirən bu ikitərəfli model sayəsində şirkət portfel bizneslərinin innovasiyanı genişləndirməsinə, bazar maneələrini aşmasına və uzunmüddətli dəyər yaratmasına imkan yaradır.

Nəticədə Honey Bee Development Capital regionda sahibkarlıq fəallığını stimullaşdıran, səmərəliliyi artıran və dayanıqlı, çoxşaxəli iqtisadiyyata töhfə verən strateji katalizator rolunu oynayır.
Ənənəvi Bizneslər
Biznes İnkişaf Mərkəzi
İnnovativ və startap bizneslər
Startap Quruculuq xidmətləri
İDEYA KƏŞFİ;
İNKUBASİYA;
AKSELERASİYA;
STARTAP DƏSTƏK FƏALİYYƏTLƏRİ.
HBDC Private Equity
Daxildə maliyyələşmə partnyoru
Bizi fərqli edən nədir ?
Yüksək ixtisaslaşma
“BERC&Partners” – Biznes quruculuğu və idarəedilməsi sahəsində 170-dən çox xidmət növü üzrə bazarda ixtisaslaşmış ekosistem şirkətidir.
Güclü Əməkdaşlıq Şəbəkəsi
Mərkəzimiz “BERC&Partners”in illərdir formalaşdırdığı geniş müştəri və partnyor bazası ilə birbaşa əlaqəlidir, bu da startapların bazara çıxışı və ilk müştəri tapma imkanlarını artırır.
Peşəkar Mentor Dəstəyi
Maliyyə, hüquq, logistika, texnologiya, marketinq və digər sahələrdə ixtisaslaşmış 120-dən çox təcrübəli ekspert və mentorlardan ibarət peşəkar komandamız var.
İnvestisiya İmkanları
Mərkəzimizin layihələrinin digər investorlara çıxışı təmin olunana qədər daxili maliyyələşdirilməsini həyata keçirən HBDC Private Equity şirkətimizin olması.
Resurslarla Təminat
Startaplara ofis və digər texniki təminatlarla (bulud xidmətləri, inzibati resurslarla) dəstək göstərmə imkanına sahibik.
idea2Exit
Komandanızı hər addımda dəstəkləyir, dəyər zəncirinin bütün mərhələlərində riskləri minimuma endirir və kapitalın gəlirliliyini maksimum səviyyəyə qaldırırıq.
Tez-tez verilən suallar
Startapım hansı mərhələdə olmalıdır ki, inkubasiya proqramına qəbul olunsun?
Akselerasiya proqramınız nə qədər müddət davam edir?
Biznes ideyamın reallaşdırılmasına necə kömək edirsiniz?
Startaplar üçün hansı maliyyələşdirmə imkanları mövcuddur?
Mentorlar kimlərdir və nə cür dəstək göstərirlər?
Startapımın hüquqi qeydiyyatında sizdən yardım ala bilərəmmi?
İnkubasiya proqramına qəbul üçün seçim meyarlarınız nələrdir?
Texniki resurslara çıxış necə təmin olunur?
İdeyanı birlikdə reallaşdıraq!
İdeya kəşfi proqramımıza müraciət edərək üstünlüklərimizdən faydalana bilərsiniz.





