Akselerasiya
Akselerasiya proqramımız məhsul – bazar uyğunluğunu artıq sübuta yetirmiş və sürətli miqyaslanmağa hazır komandalar üçün tətbiq etdiyimiz 3–6 aylıq intensiv marafondur.
Proqram satış kanallarının optimallaşdırılması, beynəlxalq bazara çıxış strategiyaları, “growth hacking” texnikaları və investisiya pitch hazırlığına fokuslanır.
Korporativ tərəfdaşlar və vençur kapitalı fondları ilə “demo day” və digər formatlarda birbaşa əlaqə imkanı təmin edirik; ən perspektivli startaplar follow-on investisiya və qlobal şəbəkəyə bizim vasitəmizlə çıxış əldə edirlər
Nə təklif edirik ?
Şəbəkələşmə və Tərəfdaşlıqlar
İnvestorlar, korporasiyalar, sahə mütəxəssisləri və digər startaplarla əlaqələrin qurulması. Demo günləri və təqdimat platformaları (pitch sessions)
İnvestisiya və Maliyyə Dəstəyi
İlkin toxum investisiyası imkanı. İnvestor qarşısında çıxış üçün hazırlıq. Startapların investor təqdimat sənədlərinin hazırlanması (pitch deck, financials)
Hüquqi və Maliyyə Konsultasiyası
Şirkət qeydiyyatı, Müqavilə məsələləri üzrə hüquqi məsləhət. Vergi və maliyyə planlaşdırması üzrə konsultasiya
Mentorluq
Komandanın formalaşdırılması, “pitch deck”-in hazırlanması, məhsulun inkişaf etdirilməsi, mövzuları üzrə mentorların təyin edilməsi.
Biznesini zirvələrə qaldıraq!
Akselerasiya proqramımıza müraciət edərək üstünlüklərimizdən faydalana bilərsiniz.





