BİZNES İNKİŞAF MƏRKƏZİ
Biznes İnkişaf Mərkəzi ənənəvi sahələrdə biznesi olan və onu daha da inkişaf etdirmək istəyənlər, eyni zamanda yeni biznes qurmaq arzusunda olanlar üçün ideal mərkəzdir.
Burada ənənəvi bizneslərə həm inkubasiya öncəsi xidmətlər, həm inkubasiya və akselerasiya xidmətləri, həm də biznes inkişafının sonrakı mərhələlərində idarəetmə və birgə əməkdaşlıq (ortaqlıq) proqramları təqdim olunur.
BİZNES İNKİŞAF MƏRKƏZİNİN HƏDƏF QRUPLARI

Fəaliyyət göstərən və ya əsas hissəsi qurulmuş, lakin müasir standartlara uyğun idarəetmənin təşkil olunmaması səbəbindən davamlı mənfəətliliyi təmin edə bilməyən və bu sahədə peşəkar məsləhətçi və strateji idarəetmə tərəfdaşı (ortağı) axtaran bizneslər (şəxslər və şirkətlər).

Fəaliyyət göstərən, stabil və davamlı mənfəətliliyi təmin edən, böyümək istəyən, lakin mövcud idarəetmə sistemi və resursları ilə bu hədəfə çatmaqda çətinlik çəkən və bunun üçün peşəkar məsləhətçi və strateji tərəfdaş (ortaq) axtaran bizneslər (şəxslər və şirkətlər).

Əvvəlki dövrlərdə uğurlu fəaliyyət göstərmiş, lakin müxtəlif səbəblərdən fəaliyyətini dayandırmış və ya iflas ərəfəsində olan, bu vəziyyətdən çıxmaq üçün peşəkar məsləhət, strateji idarəetmə və maliyyə resurslarına çıxış axtaran bizneslər (şəxslər və şirkətlər)

Biznesin hər hansı bir bölməsinin və ya tam idarəetməsinin kənar peşəkar tərəfdaş tərəfindən idarə olunmasını istəyənlər.

Ənənəvi biznes qurmaq istəyən, bu sahədə biznes ideyası və təcrübəsi olan, sahibkar təbiətli (ölçüləbilən riskləri qəbul etməyə hazır), əzmkar, işə fokuslanan və intizamlı şəxslər. Bu şəxslər biznes qurmaq üçün resursların bir hissəsini özləri təmin edə və ya müvafiq şərtlərlə bu resursların hamısını Biznez İnkişaf Mərkəzindən də əldə edə bilərlər.

Biznes ideyası olmayan, lakin idarəetmə sahələrində bacarıqlı, Biznez İnkişaf Mərkəzi tərəfindən təqdim edilən ideya və resurslarla biznes qurmaq və ya mövcud biznesin idarə olunmasında partnyor olmaq istəyən sahibkar təbiətli (ölçüləbilən riskləri qəbul etməyə hazır), əzmkar, işə fokuslanan və intizamlı şəxslər. Bu şəxslər də resursların bir hissəsini özləri təqdim edə və ya müvafiq şərtlərlə bütün resursları Biznez İnkişaf Mərkəzidən əldə edə bilərlər.

Biznes ideyası, təcrübəsi və resursları olmayan, amma gələcəkdə bizneslə məşğul olmaq istəyən gənclər və ya tələbələr. Onlar da Biznez İnkişaf Mərkəzinin təcrübə proqramlarına müraciət edərək yuxarıda göstərilən istiqamətlərin biri və ya bir neçəsi üzrə özlərini yetişdirə bilərlər.
Biznesinə sehirli toxunuşları edirik!
Biznes İnkişaf Mərkəzinə müraciət edərək üstünlüklərimizdən faydalana bilərsiniz.





