İdeya kəşfi
İnnovativ ideya mərhələsində olan fərdlər və komandalar üçün nəzərdə tutulmuş bu proqram bazar tədqiqatı, problem – həll uyğunluğu və ilkin biznes modelinin qurulması üzrə intensiv sessiyaları əhatə edir.
Peşəkar mentorlar və təşkil olunan “ideya laboratoriyaları” vasitəsilə iştirakçılar ideyalarını validasiya edir, müştəri personası formalaşdırır və məhsulun əsas dəyər təklifini dəqiqləşdirirlər.
Proqramın sonunda komandalar investora təqdimata hazır “problem – həll” paketi hazırlamış olur.
İdeyanı birlikdə reallaşdıraq!
İdeya kəşfi proqramımıza müraciət edərək üstünlüklərimizdən faydalana bilərsiniz.





