İnkubasiya
MVP-ni (Minimum Viable Product) hazırlamağa və ilkin bazar sınaqlarına çıxmağa hazır startaplara hədəflədiyimiz 3-6 aylıq proqramla texniki inkişaf, hüquqi strukturlaşma, maliyyə planlaşdırması və ilkin satış strategiyası sahələrində fərdi məsləhət xidməti təqdim edirik.
İştirakçılar mentor şəbəkəmizə, infrastruktura (ofis sahəsi, bulud resurslarına) giriş imkanı əldə edir, həmçinin mərkəzimizin daxili seed-fund müsabiqələrində iştirak edərək ilkin maliyyə cəlb etmək imkanı qazanırlar.
Nə təklif edirik ?
İlkin İnvestisiya
Pre-Seed İnvestisiya
Rəqəmsal alətlərlə təminat
Hosting, developer, eləcə də bir çox rəqəmsal alətlərlə və digər resurslarla təminat
Ofis təminatı
İclaslar, rahat çalışmaq və digər tədbirlər üçün nəzərdə tutulmuş “co-working space” ilə təminat
Mentorluq
Komandanın formalaşdırılması, “pitch deck”-in hazırlanması, məhsulun inkişaf etdirilməsi, mövzuları üzrə mentorların təyin edilməsi.
İdeyanı birlikdə reallaşdıraq!
İdeya kəşfi proqramımıza müraciət edərək üstünlüklərimizdən faydalana bilərsiniz.





