Hüquq üzrə Təlim Proqramları

“Qanunvericiliyi anlayın, hüquqi riskləri azaldın, hüquqi proseslərdə üstünlük qazanın.”

Bu təlimlər hüquqşünaslar, menecerlər və hüquqi məsuliyyət daşıyan sahələrdə çalışan şəxslər üçün nəzərdə tutulub. Məqsəd iştirakçılara praktiki biliklər vermək, qanunvericiliyin tətbiqində dəqiqlik və strateji hüquqi yanaşma formalaşdırmaqdır.

Təlim mövzuları:

– Kommersiya hüququ və sahibkarlıq fəaliyyəti
– Əqli mülkiyyət hüququ və brend qorunması
– Vergi hüququ və mübahisələrin idarə olunması
– Daşınmaz əmlak hüququ və mülkiyyət münasibətləri
– Miqrasiya hüququ və icazələrin alınması prosesi
– Hakimlik və vəkillik imtahanına hazırlıq proqramı
– Müqavilələr hüququ və müqavilə risklərinin qiymətləndirilməsi

Kimlər üçündür:

– Hüquqşünaslar və hüquq üzrə təhsil alanlar
– İdarəçilər və müqavilə, vergi, əmlak kimi risk daşıyan sahələrin rəhbərləri
– Hüquqi məsələlərə cavabdeh olan mütəxəssislər və qərarvericilər

ÜSTÜNLÜKLƏR

Nəticəyönlü yanaşma təqdim edirik

Təlimdən əvvəl ehtiyac diaqnostikası

Təlimdən sonra ölçmə və hesabat

Davamlı təkmilləşdirmə üçün fərdi planlama

TƏLİM FORMATI

Təlim formatlarımız

On-site (şirkət daxilində)

Onlayn (Zoom / Teams vasitəsilə)

Hibrid model (nəzəri + praktik)

SERTİFİKATLI TƏLİMLƏR

Təlim sonunda iştirakçılarımıza rəsmi sertifikat təqdim edirik.

FAQ

Tez-tez verilən suallar

Təlimlər kimlər üçündür?
Təlimlərimiz həm yeni başlayanlar, həm də təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub. Hər proqram iştirakçının səviyyəsinə uyğun strukturlaşdırılır.
Təlimlər onlayn keçir, yoxsa əyani?
Hər iki format mümkündür. İştirakçıların istəyi və təlimin xarakterindən asılı olaraq onlayn və ya əyani şəkildə təşkil edilir.
Təlimdən sonra iştirakçıların inkişafı izlənilirmi?
Bəli. Təlim sonrası ölçmə, hesabat və fərdi inkişaf planları ilə nəticələrin davamlılığı təmin edilir.
Təlim proqramları fərdiləşdirilə bilərmi?
Əlbəttə. Təşkilatınızın ehtiyacına uyğun fərdi proqramlar hazırlamaq imkanımız var.
Təlimlər yalnız HR sahəsinə aiddirmi?
Xeyr. Təklif etdiyimiz xidmətlər HR-dan əlavə, satış, İT, maliyyə, hüquq, marketinq və idarəetmə sahələrini də əhatə edir.
Təlimlərdə iştirak üçün öncədən bilik tələb olunurmu?
Yox. Başlanğıc səviyyəli təlimlər üçün heç bir əvvəlki bilik tələb olunmur. İrəliləmiş səviyyəli təlimlərdə isə ilkin biliklər faydalıdır.
Qiymət siyasətiniz necədir?
Qiymətlər təlimin mövzusundan, müddətindən və formatından asılı olaraq dəyişir. Bütçənizə uyğun seçimlər təklif edirik.
Qeydiyyat və iştirak prosesi necədir?
Qeydiyyat üçün bizimlə əlaqə saxlamaq və təlim seçim formunu doldurmaq kifayətdir. Komandamız sizə bütün mərhələlərdə dəstək olacaq.

Komandanız üçün ən uyğun təlim paketini seçin.

Sertifikatlı, nəticəyönlü və texniki dəstəkli təlimlərlə fərqlənin.