Logistika, Gömrük və Satınalma Təlimləri

“Prosesləri anlayın, riskləri azaldın və təchizat zəncirinizdə səmərəliliyi artırın.”

Bu təlimlər logistika, gömrük və satınalma sahəsində çalışan mütəxəssislər və rəhbərlər üçün nəzərdə tutulub. Məqsəd, beynəlxalq və yerli tələblərə uyğun şəkildə əməliyyatları daha səmərəli və hüquqi risklərdən uzaq idarə edə bilən kadrlar yetişdirməkdir.

Təlim mövzuları:

– Yükdaşımalara dair qanunvericilik və yüklərin sığortalanması prinsipləri
– Logistikada risklər və onların idarə olunması yolları
– Liman logistikası və beynəlxalq dəniz daşımaları
– Yüklərin və nəqliyyat vasitələrinin markalanması və standartlara uyğun işarələnməsi
– Gömrük bəyannamələrinin düzgün tərtib olunması və sənədləşmə prosesi
– Təchizat zəncirinin idarə edilməsinin əsas prinsipləri
– Dövlət satınalmaları üzrə praktiki təlim və hüquqi çərçivə

Kimlər üçündür:

– Logistika və təchizat zənciri üzrə mütəxəssislər
– Gömrük əməliyyatları ilə məşğul olan əməkdaşlar
– Satınalma üzrə menecerlər və dövlət satınalmalarında iştirak edən şirkətlər
– Beynəlxalq daşımalarla məşğul olan logistika mütəxəssisləri və rəhbərlər

ÜSTÜNLÜKLƏR

Nəticəyönlü yanaşma təqdim edirik

Təlimdən əvvəl ehtiyac diaqnostikası

Təlimdən sonra ölçmə və hesabat

Davamlı təkmilləşdirmə üçün fərdi planlama

TƏLİM FORMATI

Təlim formatlarımız

On-site (şirkət daxilində)

Onlayn (Zoom / Teams vasitəsilə)

Hibrid model (nəzəri + praktik)

SERTİFİKATLI TƏLİMLƏR

Təlim sonunda iştirakçılarımıza rəsmi sertifikat təqdim edirik.

FAQ

Tez-tez verilən suallar

Təlimlər kimlər üçündür?
Təlimlərimiz həm yeni başlayanlar, həm də təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub. Hər proqram iştirakçının səviyyəsinə uyğun strukturlaşdırılır.
Təlimlər onlayn keçir, yoxsa əyani?
Hər iki format mümkündür. İştirakçıların istəyi və təlimin xarakterindən asılı olaraq onlayn və ya əyani şəkildə təşkil edilir.
Təlimdən sonra iştirakçıların inkişafı izlənilirmi?
Bəli. Təlim sonrası ölçmə, hesabat və fərdi inkişaf planları ilə nəticələrin davamlılığı təmin edilir.
Təlim proqramları fərdiləşdirilə bilərmi?
Əlbəttə. Təşkilatınızın ehtiyacına uyğun fərdi proqramlar hazırlamaq imkanımız var.
Təlimlər yalnız HR sahəsinə aiddirmi?
Xeyr. Təklif etdiyimiz xidmətlər HR-dan əlavə, satış, İT, maliyyə, hüquq, marketinq və idarəetmə sahələrini də əhatə edir.
Təlimlərdə iştirak üçün öncədən bilik tələb olunurmu?
Yox. Başlanğıc səviyyəli təlimlər üçün heç bir əvvəlki bilik tələb olunmur. İrəliləmiş səviyyəli təlimlərdə isə ilkin biliklər faydalıdır.
Qiymət siyasətiniz necədir?
Qiymətlər təlimin mövzusundan, müddətindən və formatından asılı olaraq dəyişir. Bütçənizə uyğun seçimlər təklif edirik.
Qeydiyyat və iştirak prosesi necədir?
Qeydiyyat üçün bizimlə əlaqə saxlamaq və təlim seçim formunu doldurmaq kifayətdir. Komandamız sizə bütün mərhələlərdə dəstək olacaq.

Komandanız üçün ən uyğun təlim paketini seçin.

Sertifikatlı, nəticəyönlü və texniki dəstəkli təlimlərlə fərqlənin.