Maliyyə, Mühasibatlıq və Vergi üzrə Təlim Proqramları

“Maliyyə savadlılığınızı artırın, hesabatlılıq və qanuni uyğunluğu təmin edin.”

Bu təlimlər maliyyə və mühasibatlıq sahəsində çalışan və ya bu sahəyə daxil olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Qanunvericiliyə uyğun hesabatların hazırlanması, vergi öhdəliklərinin düzgün icrası və maliyyə təhlili bacarıqlarının inkişafı əsas məqsəddir.

Təlim mövzuları:

– Peşəkar mühasib sertifikatı (I mərhələ – 3 aylıq proqram)
– Peşəkar mühasib sertifikatı (II mərhələ – 3 aylıq proqram)
– Mühasibat uçotu və ilkin sənədləşmə
– Praktiki vergi uçotu və tətbiqi nümunələr
– ACCA F seriyası üzrə hazırlıq təlimləri
– Vergi qanunvericiliyi üzrə nəzəri və praktiki təlim
– Maliyyə uçotu və hesabatların hazırlanması
– 1C 8.3 proqramında mühasibat əməliyyatları
– Qeyri-maliyyəçilər üçün maliyyə təməl anlayışları
– Mühasiblər üçün Excel üzrə praktiki bacarıqlar
– Vergi bəyannamələrinin doldurulması və təqdim olunması qaydaları
– Gömrük və vergi qanunvericiliyi üzrə ümumi baxış və təlim

Kimlər üçündür:

– Mühasibatlıq və maliyyə sahəsində çalışan mütəxəssislər
– Yeni başlayanlar və sahə dəyişmək istəyənlər
– Şirkət rəhbərləri və maliyyə qərarları verən şəxslər
– Qeyri-maliyyə vəzifələrində çalışan amma maliyyə biliklərinə ehtiyac duyan əməkdaşlar

ÜSTÜNLÜKLƏR

Nəticəyönlü yanaşma təqdim edirik

Təlimdən əvvəl ehtiyac diaqnostikası

Təlimdən sonra ölçmə və hesabat

Davamlı təkmilləşdirmə üçün fərdi planlama

TƏLİM FORMATI

Təlim formatlarımız

On-site (şirkət daxilində)

Onlayn (Zoom / Teams vasitəsilə)

Hibrid model (nəzəri + praktik)

SERTİFİKATLI TƏLİMLƏR

Təlim sonunda iştirakçılarımıza rəsmi sertifikat təqdim edirik.

FAQ

Tez-tez verilən suallar

Təlimlər kimlər üçündür?
Təlimlərimiz həm yeni başlayanlar, həm də təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub. Hər proqram iştirakçının səviyyəsinə uyğun strukturlaşdırılır.
Təlimlər onlayn keçir, yoxsa əyani?
Hər iki format mümkündür. İştirakçıların istəyi və təlimin xarakterindən asılı olaraq onlayn və ya əyani şəkildə təşkil edilir.
Təlimdən sonra iştirakçıların inkişafı izlənilirmi?
Bəli. Təlim sonrası ölçmə, hesabat və fərdi inkişaf planları ilə nəticələrin davamlılığı təmin edilir.
Təlim proqramları fərdiləşdirilə bilərmi?
Əlbəttə. Təşkilatınızın ehtiyacına uyğun fərdi proqramlar hazırlamaq imkanımız var.
Təlimlər yalnız HR sahəsinə aiddirmi?
Xeyr. Təklif etdiyimiz xidmətlər HR-dan əlavə, satış, İT, maliyyə, hüquq, marketinq və idarəetmə sahələrini də əhatə edir.
Təlimlərdə iştirak üçün öncədən bilik tələb olunurmu?
Yox. Başlanğıc səviyyəli təlimlər üçün heç bir əvvəlki bilik tələb olunmur. İrəliləmiş səviyyəli təlimlərdə isə ilkin biliklər faydalıdır.
Qiymət siyasətiniz necədir?
Qiymətlər təlimin mövzusundan, müddətindən və formatından asılı olaraq dəyişir. Bütçənizə uyğun seçimlər təklif edirik.
Qeydiyyat və iştirak prosesi necədir?
Qeydiyyat üçün bizimlə əlaqə saxlamaq və təlim seçim formunu doldurmaq kifayətdir. Komandamız sizə bütün mərhələlərdə dəstək olacaq.

Komandanız üçün ən uyğun təlim paketini seçin.

Sertifikatlı, nəticəyönlü və texniki dəstəkli təlimlərlə fərqlənin.