Satış üzrə Təlim Proqramları

“Satış prosesini anlayın, danışıqları idarə edin və müştəri ilə dəyər əsaslı münasibət qurun.”

Bu təlimlər satış komandalarının effektivliyini artırmaq, qiymət danışıqları zamanı peşəkar yanaşmanı formalaşdırmaq və həm onlayn, həm də korporativ mühitdə satış bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub.

Təlim mövzuları:

– Satış və satışın əsas prinsipləri
– Satışda qiymət danışıqlarının aparılması və müqavimətin idarəsi
– Satışın təşkili və idarə olunması üzrə metodologiyalar
– Korporativ satış texnikaları və B2B yanaşması
– Onlayn satış strategiyaları və rəqəmsal alətlərdən istifadə
– Praktiki satış bacarıqları və real situasiya məşqləri

Kimlər üçündür:

– Satış komandaları və satış üzrə menecerlər
– Marketoloqlar və müştəri ilə birbaşa ünsiyyətdə olan əməkdaşlar
– KOB-lar, startaplar və məhsul satışı ilə məşğul olan fərdi sahibkarlar

ÜSTÜNLÜKLƏR

Nəticəyönlü yanaşma təqdim edirik

Təlimdən əvvəl ehtiyac diaqnostikası

Təlimdən sonra ölçmə və hesabat

Davamlı təkmilləşdirmə üçün fərdi planlama

TƏLİM FORMATI

Təlim formatlarımız

On-site (şirkət daxilində)

Onlayn (Zoom / Teams vasitəsilə)

Hibrid model (nəzəri + praktik)

SERTİFİKATLI TƏLİMLƏR

Təlim sonunda iştirakçılarımıza rəsmi sertifikat təqdim edirik.

FAQ

Tez-tez verilən suallar

Təlimlər kimlər üçündür?
Təlimlərimiz həm yeni başlayanlar, həm də təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub. Hər proqram iştirakçının səviyyəsinə uyğun strukturlaşdırılır.
Təlimlər onlayn keçir, yoxsa əyani?
Hər iki format mümkündür. İştirakçıların istəyi və təlimin xarakterindən asılı olaraq onlayn və ya əyani şəkildə təşkil edilir.
Təlimdən sonra iştirakçıların inkişafı izlənilirmi?
Bəli. Təlim sonrası ölçmə, hesabat və fərdi inkişaf planları ilə nəticələrin davamlılığı təmin edilir.
Təlim proqramları fərdiləşdirilə bilərmi?
Əlbəttə. Təşkilatınızın ehtiyacına uyğun fərdi proqramlar hazırlamaq imkanımız var.
Təlimlər yalnız HR sahəsinə aiddirmi?
Xeyr. Təklif etdiyimiz xidmətlər HR-dan əlavə, satış, İT, maliyyə, hüquq, marketinq və idarəetmə sahələrini də əhatə edir.
Təlimlərdə iştirak üçün öncədən bilik tələb olunurmu?
Yox. Başlanğıc səviyyəli təlimlər üçün heç bir əvvəlki bilik tələb olunmur. İrəliləmiş səviyyəli təlimlərdə isə ilkin biliklər faydalıdır.
Qiymət siyasətiniz necədir?
Qiymətlər təlimin mövzusundan, müddətindən və formatından asılı olaraq dəyişir. Bütçənizə uyğun seçimlər təklif edirik.
Qeydiyyat və iştirak prosesi necədir?
Qeydiyyat üçün bizimlə əlaqə saxlamaq və təlim seçim formunu doldurmaq kifayətdir. Komandamız sizə bütün mərhələlərdə dəstək olacaq.

Komandanız üçün ən uyğun təlim paketini seçin.

Sertifikatlı, nəticəyönlü və texniki dəstəkli təlimlərlə fərqlənin.