Vençur studio proqramı

Mərkəzimizin daxili R&D (Research and Development) komandalarının müəyyənləşdirdiyi trendlərə əsasən ideyaların sıfırdan qurulub spin-off şirkətlərə çevrildiyi modeldir.

Mərkəzimiz ideyanın doğuluşundan idarəetmə komandasının formalaşmasına, texniki inkişafa və ilkin kapital təminatına qədər bütün mərhələləri öz üzərinə götürür.

Hər spin-off üçün sahə ekspertləri, dizayn sprintləri və əvvəlcədən qurulmuş korporativ tərəfdaş şəbəkəsi vasitəsilə bazara çıxış müddəti minimuma endirilir.

Nə təklif edirik ?

Birgəhəmtəsisçilik (Co-founding)

Vençur studiyası ideyanın qurucu tərəfdaşlarından biri kimi iştirak edir

İdeya Validasiyası və Problem Uyğunluğu

Bazarda real ehtiyacın müəyyənləşdirilməsi. Müştəri segmentlərinin analizi. “Problem-solution fit” mərhələsinin test edilməsi

Komanda Quruculuğu

Təsisçi heyətə texniki və biznes mütəxəssislərinin cəlb edilməsi. HR dəstəyi və işə qəbul prosesi

Kapitala Çıxış və İlkin İnvestisiya

Seed və pre-seed mərhələlərdə investorlara çıxışın təşkili

Brendinq və Marketinq Strategiyası

Brend kimliyinin formalaşdırılması. Marketə giriş strategiyasının hazırlanması (Go-to-Market plan). Sosial media, rəqəmsal reklam və PR dəstəyi

Hüquqi və Maliyyə Strukturları

Şirkətin düzgün hüquqi strukturda qeydiyyatı. Maliyyə modellərinin qurulması və xərclərin optimallaşdırılması

Biznes Modeli və Strategiya İnkişafı

Gəlir modellərinin hazırlanması. Bazar genişlənməsi və miqyaslanma strategiyası. KPI və performans göstəricilərinin izlənməsi

Biznesini birgə formalaşdıraq!

Vençur studio proqramımıza müraciət edərək üstünlüklərimizdən faydalana bilərsiniz.

Tərəfdaşlar

kobia
unec-incubator
banm
jkhazar
access
mdu
kobia
unec-incubator
banm
jkhazar
access
mdu