Uğurlu bir işə qəbul yalnız düzgün namizədin seçilməsi ilə başa çatmır. O, düzgün adaptasiya, davamlı inkişaf və performans dəyərləndirməsi ilə tamamlanır. Biz bu prosesi sizin üçün başdan sona planlaşdırır və həyata keçiririk.
Xidmət mərhələləri:
–Vakansiyanın hazırlanması və elanların yerləşdirilməsi: Mövqeyə uyğun peşəkar elan mətni və doğru platformalarda yerləşdirmə.
–CV-lərin toplanması və ilkin filtrləmə: Ən uyğun namizədlərin seçilməsi üçün meyarlara əsaslı skrininq.
–Test mərhələləri və müsahibələrin təşkili: Texniki, psixometrik və davranış testləri + strukturlaşdırılmış müsahibələr.
–İşə qəbul və adaptasiya dəstəyi: Yeni işçinin ilk günündən sürətli inteqrasiyasını təmin edən planlama və rəhbərlik.
Bonus:
–Namizədin uzunmüddətli inkişafının planlaşdırılması və monitorinqi – Yalnız işə qəbul yox, həm də potensialın inkişafı.
Kimlər üçündür?
-İşə qəbulda zaman və resurs itkisindən qaçmaq istəyən müəssisələr
-HR komandası olmayan və ya prosesə peşəkar dəstək axtaran şirkətlər
-Yüksək uyğunluq və davamlılıq dərəcəsinə malik işçi heyəti formalaşdırmaq istəyən rəhbərlər
